KANAL24.AZ
Az Iw En Ru

Neftin ucuzlaşması və Azərbaycan: “Kimlərsə ajiotaj yaratmaq istəyir”

Dünya bazarlarında neftin qiyməti ucuzlaşır. Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 36 dollardan yuxarı satılır.

Dünya bazarlarındakı konyukturanın Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi barədə fikirlər səsləndirilir.

Mövzu barədə  danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üçün proqnozlaşdırılan gəlirlərinə diqqət çəkib.

 

Qeyd edək ki, Fondun 2020-ci il üçün gəlirləri 12 milyard 384 milyon 88 min 200 manat, xərcləri isə 11 milyard 589 milyon 910 min 300 manat məbləğində təsdiqlənib.

Azərbaycanın bu il üçün dövlət büdcəsində isə neftin bir barelinin qiyməti 55 dollardan götürülüb. 

O hesab edir ki, Azərbaycan hökuməti qiymətləri stabil saxlasa və büdcədə göstərilən rəqəmləri azaltmasa, insanların rifahında mənfiyə doğru dəyişiklik olmayacaq.

İlham Şaban Azərbaycan əhalisi arasında dollar ajiotajının yaranmasından da danışıb.

“Azərbaycan hökuməti cəmiyyətlə ünsiyyəti gücləndirməlidir ki, insanlarda ajiotaj yaranmasın. Sanki kimsə istəyir ki, yaranmış vəziyyətdən istifadə edib ajiotaj yaratsın”, - deyə əlavə edib.


18:19 11.03.2020
Xəbər lenti
Bütün xəbərlər