KANAL24.AZ
Az Iw En Ru

AFFA daha iki yarışı təxirə saldı

AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası və qızlardan ibarət komandalar arasında Yüksək Liqa yarışlarının qarşıdakı turu təxirə salınıb. 

Bu addım koronavirusun mümkün təsirləri ilə əlaqədar atılıb. 

Bildirilir ki, Region Liqasının oyunlarına azarkeş marağı yüksəkdir, Yüksək Liqa komandalarının heyətində isə şagird və tələbələr yer alıb. Profilaktik tədbirlər nəzərə alınaraq hər iki turnirin bu həftə keçirilməsi planlaşdırılan oyunları başqa vaxta keçirilib. 

Qeyd edək ki, daha əvvəl AFFA bütün aşağı yaş qrupları üzrə liqalarında da oyunlar ertələnib. 


23:28 05.03.2020
Xəbər lenti
Bütün xəbərlər