KANAL24.AZ
Az Iw En Ru

Avtovağzalda bilet satışı niyə dayandı?

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet satışında problem yaşanıb.

Əhali bilet almaq istəsə də,  buna nail ola bilməyib. Bu isə insanlar arasında böyük ajiotaja səbəb olub. Bilet satışının dayandırılmasının qiymət artırımı ilə əlaqəsini öyrənmək üçün  ATV.az saytı  qurumun mətbuat sözçüsü  Məhəmməd Abdullayevlə əlaqə saxlayıb.  O bildirib ki, satışın dayandırılmasına səbəb serverdəki müəyyən dəyişikliklər və proqramın yenilənməsi ilə bağlıdır: ”Bununla  bağlı olaraq,  təxminən 2 saat biletlərin satışında fasilə oldu. Qeyd edim ki, satış biletlərinin qiyməti tarif şurası tərəfindən təyin olunur və dolların qalxmasının biletlərin qiymətinə heç bir təsiri yoxdur”.

O həmçinin bayramla bağlı əlavə marşurutların da xəttə buraxılacağını açıqlayıb:

“Dekabrın 21 dən yanvar ayının 5-nə kimi avtovağzal gücləndirilmiş iş rejiminə keçir. Adi günlərdə 300-350 nəqliyyat vasitəsi, 7500-8500 sərnişin daşınırdısa, bayram günlərində 650-750 nəqliyyat vasitəsi reysə buraxılacaq və 16-17 min sərnişin daşınması nəzərdə tutulur”.


21:57 23.12.2015