KANAL24.AZ
Az Iw En Ru

Bu gün Millətlər Liqasında futbol yığmamızın rəqibləri bilinəcək

Bu gün UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçiriləcək.

tədbir Niderlandın paytaxtı Amsterdamda baş tutacaq.

İkinci dəfə təşkil olunan yarışda Avropanın 55 milli komandası mübarizə aparacaq. İştirakçılar ilk turnirdəki nəticələrinə əsasən dörd – A, B, C və D liqalarına bölünüb. Sonuncu dəstədə 7, digərlərində 16 komanda yer alıb. 

Püşk bu komandaları ümumilikdə 14 qrupa böləcək. A, B və C liqalarında dörd komandalı dörd qrup olacaq. D liqasında isə bir qrupda dörd, digərində üç yığma qüvvəsini sınayacaq.

Azərbaycan yığması C liqasında mübarizə aparacaq. Millimiz püşkatma zamanı sonuncu – ən zəiflərin səbətində yer alacaq. Yəni komandamız Ermənistan, Qazaxıstan və Moldova ilə bir qrupa düşməyəcək.

A liqası
1-ci səbət: Portuqaliya, Hollandiya, İngiltərə, İsveçrə
2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya
3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç
4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya

B liqası
1-ci səbət: Rusiya, Avstriya, Uels, Çexiya
2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya
4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C liqası
1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan
2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr
3-cü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq
4-cü səbət: Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova

D liqası
1-ci səbət: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn
2-ci səbət: Andorra, Malta, San-Marino


18:53 03.03.2020
Xəbər lenti
Bütün xəbərlər