Avropa Liqasının 1/16 final mərhələsində bu gün keçiriləcək Avstriya "Zalstburq"u ilə Almaniyanın "Ayntraxt" klubları arasındakı cavab oyunu təxirə salınıb.
Bu qərar Avstriyada gözlənilən fırtına ilə bağlı verilib.
Oyunun nə vaxt keçiriləcəyi haqda hələlk UEFA qərar verməyib.
Xatırladaq ki, ilk görüşdə "Ayntraxt" 4:1 hesabı ilə qalib gəlib.