KANAL24.AZ
Az Iw En Ru

AFFA işsiz məşqçiləri milliyə baş məşqçi qoydu

Azərbaycanın iki yaş qrupu üzrə milli komandalarının baş məşqçisinin adı açıqlanıb.

16 (U-16) və 18 (U-18) yaşadək yığmalarımızın yeni çalışdırıcısı müəyyənləşib. 

AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, U-18 Elxan Abdullayevə, U-16 isə Aqil Nəbiyevə həvalə olunub.

Qeyd edək ki, Elxan Abdullayevin sonuncu iş yeri “Neftçi” komandası olub. O, 2017-ci ilin avqustun 21-dən işsizdir. Millimizin sabiq futbolçusu Aqil Nəbiyevin son iş yeri isə ötən yay dağılmış I divizion klubu “Şüvəlan” olub.


00:33 22.02.2020
Xəbər lenti
Bütün xəbərlər