KANAL24.AZ
Az Iw En Ru

Elxan Məmmədov: “Pub”larımızda yetərincə pivə yox idi”

“Ötən il Bakıda keçirilmiş UEFA Avropa Liqası zamanı finala iki İngiltərə komandası çıxmışdı. Bildiyiniz kimi, ingilislər pivə içməyi sevir. Ancaq bizim barlarımız qonaqlarımıza tamamilə pivə çatdıra bilmədilər. Bu il isə Avropa çempionatı üçün Britaniyadan uelsli azarkeşlər gələcək. Ümid edirəm ki, barlarımız və restoranlarımız bu baxımdan problem yaşamayacaq”. 

Bunu AFFA-nın baş katibi və icraçı-vitse prezidenti Elxan Məmmədov deyib. 

O bildirib ki, AVRO-2020 üçün artıq biletlər satışdadır. O, daha sonra konfrans iştirakçılarına sual ünvanlayıb. “Formula-1” və AVRO-2020-nin Azərbaycan üçün ortaq nöqtəsi hansıdır?” sualına bir iştirakçı düzgün cavab verib. Cavab “Azərbaycan hər iki yarışda təmsil olunmur” olub. 

 

Qalibə Bakıda keçiriləcək dörd oyunun hər biri üçün dörd bilet verilib. Daha sonra E.Məmmədov Çempionlar Liqasını Bakıda keçirilməsi barədə verilən suala belə cavab verib: 

“Dünya futbolunda hər bir ölkə dörd yarışı - dünya və Avropa çempionatı, Çempionlar Liqası və Avropa Liqası yarışı keçirmək istəyir. Təbii ki, bizim də Çempionlar Liqası keçirmək üçün potensialımız var. Bunun üçün 70 minlik Bakı Olimpiya Stadionuna malikik. Mən inanıram ki, biz gələcəkdə Çempionlar Liqasını keçirəcəyik”. 

E.Məmmədov AVRO-2020-nin iştirakçılarının Azərbaycana tez gələcəyini söyləyib: 

“Türkiyə, Uels və İsveçrə Bakıda təlim-məşq toplanışı keçirəcək. Bu məlumat bizə üç gün əvvəl gəlib. Bu isə o deməkdir ki, azərbaycanlı azarkeşlər bu komandaları 10 gün ərzində görmək imkanı əldə edəcək”.


19:27 12.02.2020
Xəbər lenti
Bütün xəbərlər