KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan neftinin qiyməti dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 6-da 71,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,63 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,17 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,96 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel çoxdur.


19:05 07.01.2020
Xəbər lenti
Bütün xəbərlər