KANAL24.AZ
Az Iw En Ru

Vergi xətti ilə dövlət büdcəsinə 415 milyon manat vəsait daxil olub

Bu ilin 11 ayı ərzində vergi xətti ilə dövlət büdcəsinə proqnozlardan əlavə 415 milyon manat vəsait daxil olub. 

Bu sözləri Vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. 

O bildirib ki, əldə edilən nəticələr göz qabağındadır:

“Cari ilin 11 ayı ərzində proqnozlardan əlavə dövlət büdcəsinə 415 milyon manatdan çox vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə, 518 milyon manat çoxdur. Bu isə kifayət qədər ciddi rəqəmlərdir”.

Bundan başqa, təkcə keçən il səyyar vergi yoxlamalarının sayı 1532 olub. 2018-ci ilə qədər isə bu göstərici isə 10 minlərlə ölçülüb. Birdən-birə bu qədər azalmanın müşahidə edilməsi uğurlu nəticədir: 

“Bu ilin 11 ayı ərzində cəmi 776 səyyar vergi yoxlaması aparılıb. Digər operativ nəzarət tədbirlərində ciddi azalmalar müahidə edilir. Artıq əldə etdiyimiz nəticələr göz qabağındadır”. 

S.Ələkbərov bildirib ki, ölkədə regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramlar çox ciddi dəyişikliklərə səbəb olur, bu da özünü vergi daxilolmalarında da göstərir:

“Cari ilin 11 ayı ərzində dövlət büdcəsinə vergi daxilolmalarının məbləği proqnozlardan əlavə 145,2 milyon manat təşkil edir. Nəzərə alsaq ki, əvvəl ərazilərdən vergidaxilolmaları çox az idi və burada ciddi suallar vardı”. 

S.Ələkbərov 103 mindən çox yeni vergi ödəyicisinin olduğunu diqqətə çatdırıb:

“Cari il 103 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb. Ümumilikdə vergi ödəyicilərinin sayı 1 milyon 55 min nəfər təşkil edib. Bundan başqa, cari ilin son dörd ayı ərzində kənd təsərrüfatı sahəsində uçota alınma ilə bağlı xeyli irəliləyiş olub. Bu müddətdə 75 minə yaxın vergi uçotunun qeydiyyata alınması öz həllini tapıb. Bu da nəticə etibarilə vergi daxilolmalarının artmasına öz təsirini göstərəcək”.


22:57 27.12.2019
Xəbər lenti
Bütün xəbərlər