KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda İİV-lə yaşayan insanların təxminən 85%-i müalicəyə cəlb olunub

Azərbaycanda ümumilikdə 2019-cu ilin dekabrın 1-nə qədər İİV-lə yaşayan insanların 85%-ə qədəri antiretrovirus (ARV) terapiya ilə təmin olunub.

Bunu 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı dəyirmi masada çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin M onitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. Onun sözlərinə görə, 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5741 İİV-lə yaşayan insan cəlb olunub. Onların 761 nəfəri bu ilin 11 ayı ərzində müalicəyə başlayıb :

"2018-ci ildən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV infeksiyasının müalicəsində "Test-Treat" strategiyası tətbiq olunur. İİV-ə yoluxması təsdiq olunmuş hər bir vətəndaş qeydiyyata götürüldüyü gündən etibarən dərmanlar ilə təmin olunur".N.Zülfüqarov əlavə edib ki, İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədi ilə ölkə ərazisində 50 stasionar və 12 mobil könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir.


19:30 02.12.2019
Xəbər lenti
Bütün xəbərlər