KANAL24.AZ
Az Iw En Ru

“Diqlas”dakı yanğının söndürülməsinə cəlb edilən mülki şəxslər kimlərdir? - FHN AÇIQLADI

Bu gün bəzi sosial şəbəkə səhifələrində “Diqlas” Ticarət Mərkəzindəki yanğının söndürülməsində mülki şəxslərin də iştirak etməsi ilə bağlı videogörüntülər yayılıb.

Bu məsələyə aydınlıq gətirilib. Məlumatda bildirilib ki, videogörüntülərdəki həmin mülki geyimli şəxslər FHN-in DYMX-nin yanğınsöndürənləri olub. Belə ki, bu gün onların istirahət günləri olmasına baxmayaraq, hadisə yerinə yaxınlıqda yaşadıqları üçün öz həmkarlarına kömək məqsədilə əraziyə gəliblər. FHN-dən bildirilib ki, bu kimi məqamlarda sosial şəbəkələrdə qərəzli şəkildə yayılan görüntü, yaxud məlumatlara deyil, nazirliyin rəsmi mövqeyinə istinad edilsin.


23:47 26.03.2019
Xəbər lenti
Bütün xəbərlər