KANAL24.AZ
Az Iw En Ru

Nazirlik yanğında zəhərlənənlərin sayını açıqladı

Səhiyyə Nazirliyi Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı son məlumatı açıqlayıb.

Nazirlikdən  yanğın zamanı altı nəfər tüstüdən zəhərlənib:“Onlardan üç nəfər Fövqəladə Hallar Nazirliyinin işçisi, iki nəfər ticarət mərkəzinin mühafizəçisi və bir nəfər işçisi olub. Beş nəfərə tüstüdən zəhərləndiyinə görə yerində yardım edilib. Bir nəfər FHN işçisi isə xəsarət aldığı üçün xəstəxanaya aparılıb”.


22:07 26.03.2019
Xəbər lenti
Bütün xəbərlər