KANAL24.AZ
Az Iw En Ru

Qızını erməniyə ərə verən sədr azərbaycanlılarla çeçenlərin görüşündən belə qovuldu - VİDEO

Dünən Moskva şəhərindəki "Prezident hotel"də keçirilən Azərbaycan və çeçen nümayəndə heyətlərinin görüşündə iştirak etməyə gəlmiş Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov oradan qovulub. Bu, o Ağadadaş Kərimovdur ki, qızını erməniyə ərə verib.

Bu barədə məlumatı sosial şəbəkədə Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, azərbaycanlı jurnalist Fuad Abbasov yayıb.

“Biz bilirik ki, Ağadadaş Kərimovun həyat yoldaşı ermənidir, qızını da erməniyə ərə verib. Bəlkə də evində də erməni dilində danışır. Bu, onun şəxsi işidir. Amma Moskva azərbaycanlılarına Kərimovun rəhbərlik etməsinə hamımız birlikdə qarşı çıxmalıyıq. Onun vəzifəsindən azad edilməsi üçün hüquqi prosedurlar başlamalıdır”, -Fuad Abbasov bildirib.

 

 

 

 

22:21 20.02.2019