KANAL24.AZ
Az Iw En Ru

Bakı-Sumqayıt yolunda insident: taksi sürücüsü təhqirə keçdi - VİDEO

Bakı-Sumqayıt avtomagistralında taksi sürücüsü insidentə səbəb olub.

“Azsamand” markalı, 99-AU-712 dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü anidən yol hərəkəti qaydalarını pozub.

Bu da azmış kimi, taksi sürücüsü özü hərəkət qaydalarını pozmasına baxmayaraq, avtomobildən düşərək arxasında dayanan avtomobilin sürücüsünü kobud şəkildə təhqir edib. 

Bütün bu anlar təhqir olunan sürücünün avtomobilindəki kameraya düşüb.


22:10 15.02.2019