Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Soçidə birlikdə xizək sürüb.
Bu barədə RİA informasiya yayıb.
Məlumata görə, danışıqlarda yaranan fasilə zamanı iki lider xizək sürmək üçün kompleksə yollanıblar. Kompleks prezidentlərin gözlənilməz ziyarəti zamanı xüsusi olaraq bağlanmayıb. Ətrafdakı vətəndaşlar və turistlər prezidentləri gördükləri zaman təəccüblərini gizlətməyib.