KANAL24.AZ
Az Iw En Ru

Göygöldə yük maşını agentlik işçisini vurub öldürdü - FOTO/VİDEO

Bakı-Qazax avtomagistralının Göygöl rayonu, Balçılı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daşkəsən rayon sakini Məmədov Mövsüm tərəfindən idarə edilən “KamAZ” markalı yük maşını yol kənarına qum tökmək üçün dayanmış, Azərbaycan Avtomobil Yolları Agentliyinə məxsus “UAZ” markalı avtomobilə çırpılıb. 

Qəza nəticədə Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Allahverdiyev Tofiq ağır yaralanıb.

Ağır bədən xəsarətləri alan fəhlə xəstəxanaya aparılan zaman yolda ölüb. Faktla bağlı araşdırma aparılır.

 


22:10 12.02.2019
Xəbər lenti
Bütün xəbərlər