KANAL24.AZ
Az Iw En Ru

NASA Marsdan yeni görüntü yaydı - Video

NASA Marsın mənzərəsi ilə bağlı “Curiosity” aparatının qeydə aldığı video yayımlayıb.

Bu barədə agentliyin saytında məlumat yer alıb.

Bildirilib ki, aparat Marsdakı Eolid dağından bir illik araşdırmadan sonra enib. Qayıtmazdan əvvəl aparat “Rock Hall” silsiləsindən 360 dərəcəlik çəkiliş çəkib.

Qeyd edək ki, “Curiosity” 2012-ci ildə Marsa enib. Aparatın Marsdakı əsas vəzifəsi ətraflı geoloji və geokimyəvi araşdırmalar aparmaq, planetin atmosferi və iqlimini öyrənmək, su və canlı orqanizmləri axtarmaqdır.


20:06 11.02.2019
Xəbər lenti
Bütün xəbərlər