KANAL24.AZ
Az Iw En Ru

Maşında külli miqdarda siqaret və spirtli içki gizlətdi - VİDEO

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan  məlumatı əsasında  qanunsuz yolla gətirilən külli miqdarda siqaretlərin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.

keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı, nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və dişər yerlərində müxtəlif üsullardan istifadə etməklə gizlədilən,  aksiz markası ilə markalanmayan  9580 ədəd “Marlboro Gold Edge” , 2000 ədəd “Parliament Carat”  , 1000 ədəd “Marlboro Fine Touch” , 1000 ədəd “Milano London” , 600 ədəd “Malimbo one” , 1200 ədəd “Parliament Super Slims” , 400 ədəd “Parliament Aqua Blue” , 1400 ədəd  “Kent Silver” markalı,  ümumilikdə 17180 ədəd siqaretlər və 4 ədəd 1 litrlik “Celsius” markalı  araq,  2 ədəd 1 litrlik “Black Ram” markalı viski aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
 

  • Maşında külli miqdarda siqaret və spirtli içki gizlətdi- VİDEO
  • Maşında külli miqdarda siqaret və spirtli içki gizlətdi- VİDEO
  • Maşında külli miqdarda siqaret və spirtli içki gizlətdi- VİDEO
  • Maşında külli miqdarda siqaret və spirtli içki gizlətdi- VİDEO

 

 

19:36 11.02.2019
Xəbər lenti
Bütün xəbərlər