Portuqaliya çempionatının 20-ci turu çərçivəsində “Benfika” klubu öz meydanında “Nasional”ı qəbul edib.
Qarşılaşma lissabonluların 10-0 hesablı qələbəsi ilə başa çatıb.
Sonuncu dəfə “Benfika” bu hesabla 1964-cü ildə qələbə qazanmışdı.
Bu qələbə sayəsində “Benfika” xallarının sayını 50-yə çatdırıb və hazırda lider “Portu”dan 1 xal geridə qalır.