KANAL24.AZ
Az Iw En Ru

Ukrayna prezidentliyinə namizəd Davosda oğurluq etdi - FOTO/VİDEO

Ukrayna prezidentliyinə namizəd İqor Şevçenko Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərinə gedib və burada forum iştirakçıları üçün hazırlanmış pulsuz papaqları oğurlayıb 

Bununla bağlı İ.Şevçenko öz “Facebook” hesabında məlumat verib. 

Onun sözlərinə görə, bu papaqları dostları üçün aparmaq istəyib.  

“Bəli, bu cür papaqları pulsuz əldə etmək olar, amma yalnız birini götürmək mümkündür. Səhər saat 06:00-da oyandım, papaq götürməyə getdim. Dostlarım üçün dörd papaq götürdüm, artığına vicdanım icazə vermədi”, - deyə İ.Şevçenko bildirib və qeyd edib ki, köşkdən 10 metr aralandıqdan sonra “az götürdüyünü anlayıb”.

“Qayıdıb yenə götürmək istədim, amma orada qalmamışdı. Mühafizəçi mənə yaxınlaşdı və həbs etmək istədi. Dedim ki, kifayət qədər götürmüşəm və getməliyəm. Diplomatik söhbətlərdən sonra o, mənə bir dənəsini də “götürmyə” icazə verdi. Dostlara görə nələrə getməyən!”, - siyasətçi bildirib. 

Qeyd edək ki, Ukraynada seçkilər martın 31-də keçiriləcək.


18:36 25.01.2019