KANAL24.AZ
Az Iw En Ru

Rusiyada çağırışa tələsən həkimlər ölümlə üz-üzə qaldı - VİDEO

Rusiyanın Simferopol bölgəsində təcili tibbi yardım avtomobilinin qəzaya düşmə anı kameralara düşüb. 

Hadisə qəzanın şahidi olan avtomobillərdən birindəki müşahidə kamerasında əksini tapıb.

Kadrlardan görünür ki, avtomobil çağırışa tələsən və işıqforun qırmızı işığından keçən təcili yardım maşını ilə toqquşub. Zərbənin təsirindən təcili yardım maşını aşıb.  

Məlumata görə, hadisə zamanı təcili yardımda xəstə olmayıb, həkim isə xəsarətlərlə xəstəxanaya çatdırılıb. 


00:25 25.01.2019