KANAL24.AZ
Az Iw En Ru

Mediamızda ilk: Əliyev və Paşinyanın “bədən dili” - Video

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Davos İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi görüşü zamanı tərəflərin “bədən dili” ciddi müzakirələr yaradıb.

Sözügedən görüşün yayılan videosunda tərəflərin psixoloji vəziyyətinin bir-birindən kəskin fərqləndiyi bildirilib. Xüsusən, Prezident Əliyevin olduqca təmkinli, sakit görünməsi, Ermənistanın Baş naziri Paşinyanın isə narahat və kompleksli görünüşü erməni ekspertlərin qızğın müzakirə etdiyi məqamdır.

profayler, yalan üzrə ekspert, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri Təbriz Hacinskiyə müraciət edib.

Qeyd edək ki, siyasətçilərin “bədən dili” dünyada ciddi müzakirə olunsa və bu sahədə xüsusən inkişaf etmiş ölkələrdə çoxsaylı mütəxəssislər olsa da, Azərbaycanda yeni sahə sayılır və bu səbəbdən də mediada peşəkar yanaşma görmək mümkün deyil.

Sözügedən görüşü profaylinq sistemi vasitəsi ilə analiz edən Azərbaycanın bu sahədə azsaylı ekspertlərindən olan Təbriz Hacınskinin sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın bədən dili və mimikaları daxilində keçirdiyi böyük həyacandan və gərginlikdən xəbər verir:

“Eyni zamanda FACS (Facial Action Colding Systemi - Üz Əzələlərinin Kodlaşdırılması Sistemi) sistemində Paşinyanın mimikalarının sürətli hərəkətinin analizi onun düşüncələrində məyusluq və ümidsizlik olmasının göstəricisi kimi qəbul edilməlidir”.

Mütəxəssisin analizinə görə, ölkə başçısı İlham Əliyevin bədən dili və emosiyasında olan nəzakət və gülüşü onun rahat və özgüvənli olmağından xəbər verir:

“Bundan başqa, Paşinyan mimikalarında saxta konsentrasiyanı göstərməklə özünü statuslu qələmə verməyə çalışır, lakin onun əllərini bir-birinə sıxması (elmdə bunun adı “adaptor jestlər” adlanır - stressi gizlətmək üçün istifadə olunur) və bədəninin İlham Əliyeva tərəf yönəlməsi birbaşa zəiflik əlaməti kimi qəbul olunur”.

Ümumi analizləri fotolarla təqdim edən ekspert erməni mediasında aparılan müzakirənin təsadüfü olmadığını bildirib.

Sözügedən videonu və fotoları təqdim edirik:


22:36 24.01.2019