KANAL24.AZ
Az Iw En Ru

Boatenq debüt etdi, “Barselona” uduzdu - VİDEO

İspaniyanın “Barselona” klubu ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə uduzub.

Kataloniya klubu səfərdə “Sevilya”ya 0:2 hesabı ilə uduzub.

Qolları Pablo Sarabya və fransalı Vissam Ben Yedder vurub. Argentinalı Lionel Messinin heyətdə olmadığı görüşdə “Barselona”nın yeni transferi Kevin-Prins Boatenq start heyətdə mərkəz hücumçusu qismində debüt edib. O, qol vura bilməyincə 63-cü dəqiqədə uruqvaylı forvard Luis Suareslə əvəzlənib. 

Cütün cavab oyunu yanvarın 31-i Bakı vaxtı ilə saat 00:30-da baş tutacaq.

Qeyd edək ki, 1/4 finalın ilk görüşündə “Xetafe” də “Valensya”nı yenməyi bacarıb – 1:0. Bu gün “Espanyol” – “Betis” və “Real” – “Jirona” matçları keçiriləcək.


19:49 24.01.2019