KANAL24.AZ
Az Iw En Ru

Səhiyyə Nazirliyi bu dərman vasitəsini geri çağırıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin “Thiogamma®Turbo” infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.

Analitik Ekspertiza Mərkəzindən  həmin seriyalı flakonlar ölkəyə idxal olunmamışdan yoxlama zamanı problem aşkar olunub:

“İdxala icazə verilməyib. Yəni ölkəyə həmin seriyalı flakonlar idxal olunmayıb”. 

2018-ci ildə Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi tərəfindən mərkəzin laboratoriyasına yönləndirilmiş 31886 sayda dərman vasitəsinin analizi aparılaraq müvafiq rəylər verilib.


21:26 21.01.2019
Xəbər lenti
Bütün xəbərlər