KANAL24.AZ
Az Iw En Ru

Şəhidlərimizin xatirəsi anıldı - VİDEO

Bu gün saat 12:00-da Bakıda bir dəqiqəlik sükut elan olundu.

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anıldı.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib. 

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Paytaxt ictimaiyyəti, yüz minlərlə sakin səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.


21:19 20.01.2019