KANAL24.AZ
Az Iw En Ru

“CinemaPlus”da “Kafalar karışıq” filminin nümayişi keçirilib - FOTO/VİDEO

“28 Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Kafalar karışıq” türk komedia filminin mətbuat nümayəndələri uçün nümayişi keçirilib. Maraqlı fakt odur ki, baş rol ifaçıları olan məşhur türk vaynerlər öz obrazlarını yaradıblar.

Filmin rejissoru Yücel Yolcudur. Baş rollarda Atakan Özyurt, Bilal Hancı, Fatih Yasin, Metin Akpınar və Feride Hilal Akın çəkiliblər.

Film haqqında qısa məlumat: Atakan, varlı bir ailənin qızı olan Buseyə aşiqdir. Evlənmələrinə tək mane isə Busənin babasıdır. Atakan da Buse ilə evlənmək üçün tək çarə olaraq, Busenin illər əvvəl itkin düşmüş atasını tapmağa qərar verir. Keçmiş dostlar Fatih və Bilal da, əlbəttə, bu macərada Atakana yoldaşlıq edəcəklər. Onlar axtarışları nəticəsində Antalya yollarına düşəcəklər və işlərin qarmaqarışıq bir hal alması ilə hərəkətli və gülməli bir macəra başlayacaq. 

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 


23:49 17.01.2019