KANAL24.AZ
Az Iw En Ru

Keniyada əcnəbilərin qaldığı hotelə hücum: ölənlər var - FOTO/VİDEO

Keniyada terrorçular paytaxt Nayrobinin “DusitD2” lüks hotel kompleksinə silahlı hücum həyata keçirib.

Hadisə nəticəsində azı 15 nəfər həyatını itirib.

İtkilərin artacağı istisna edilmir. ABŞ dövlət departamenti qurbanlardan birinin ABŞ vətəndaşı olduğunu təsdiqləyib.

Döyüşçülər binaya daxil olaraq kompleksdəki hotel otaqlarını, mənzilləri və ofisləri atəşə tutub.  

Yerli rəsmilər gecə saatlarına kimi terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyatın başa çatdırıldığını bildirsələr də, bu gün səhər saatlarında kompleksdən atəş və partlayış səsləri eşidilib.

Hücuma görə Əl-Şabab terrorçu qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Bir çox insanlar kompleksdə çıxılmaz vəziyyət qalıb və gizlənməyə məcbur olub.

 

 
Embedded video
 
 
 
Embedded video
 
 

20:40 16.01.2019