KANAL24.AZ
Az Iw En Ru

Kəmaləddin Heydərov və Oruc Zalov "Vixr-9" gəmisinin komandirinin dəfn mərasimində

“Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 9-da dəfn edilib.

Kanal24 Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, dəfn mərasimində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, habelə nazirliyin şəxsi heyəti, daxili işlər nazirinin müavini polis general-leytenantı Oruc Zalov iştirak ediblər.

Xatırladaq ki, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində qəhrəmanlıqla iştirak etmiş FHN-in “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı V.Kryuçkov dekabrın 8-də ürək çatışmazlığından vəfat edib.


02:59 10.12.2015
Xəbər lenti
Bütün xəbərlər