Vəkillər Kollegiyasının vəkillərin fəaliyyətinə xitam vermək səlahiyyəti yoxdur.
Kanal24-ün Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kollegiyanın sədri Anar Bağırov deyib.
O bildirib ki, kollegiya yalnız vəkilin fəaliyyətini dayandıra bilər:
A.Bağırov xatırladıb ki, Azərbaycan Vəkillər Kollegiyası 2018-ci ildə 4 vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib:
“Onlardan 3 nəfər üzvlük haqqını ödəmədiyi üçün fəaliyyəti dayandırılıb, yəni 6 aydan artıq üzvlük haqqını ödəməyən vəkilin fəaliyyəti dayandırılır. 1 vəkil isə kobud qanun pozuntularına yol verdiyinə və davranış qaydalarını pozduğuna görə belə bir qərar qəbul olunub”.
Kollegiya sədri qeyd edib ki, Azərbaycanda vəkillərin cəzalandırılması ilə bağlı yayılan fikirlər əsassızdır:
“Bunlar dedi-qodudan başqa bir şey deyil”.