KANAL24.AZ
Az Iw En Ru

Naxçıvanda xüsusi təlimlər keçirildi

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda təlimlərdə bölmələrin həyəcan siqnalı ilə qaldırılması, şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri, məsrəf olunmuş raketlərin yenisi ilə doldurulmasının məşq etdirildiyi bildirilib.

Təlimlərə hava düşmənini təqlid etmək üçün aviasiya bölmələri də cəlb olunub. Təlimlərin sonunda ümumqoşun birləşmələrinin hava hücumundan müdafiə bölmələri praktiki atışları icra ediblər.

 

 


06:52 11.12.2018
Xəbər lenti
Bütün xəbərlər