KANAL24.AZ
Az Iw En Ru

Hava yağmursuz keçəcək

Oktyabrın 18-i axşam saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Kanal24-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-i axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
 
Cənub küləyi əsəcək. Havanın temperaturu 16-19 dərəcə isti təşkil edəcək.

23:25 18.10.2018
Xəbər lenti
Bütün xəbərlər