KANAL24.AZ
Az Iw En Ru

Leyla və Arzu Əliyevalar “Bahariyyə” layihəsinin təqdimatında - FOTO

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Daş Salnamə Muzeyində “Bahariyyə” adlı musiqi layihəsinin təqdimatı keçirilib.

Kanal24 AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.

Nəsimi dühasından ilhamlanaraq hazırlanmış “Bahariyyə” adlı konsertdə muğam və elektron musiqiləri təqdim olunub.

Qeyd edək ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Sentyabrın 30-dək davam edəcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

 

 


17:46 30.09.2018
Xəbər lenti
Bütün xəbərlər