KANAL24.AZ
Az Iw En Ru

Səfər Mehdiyevin qəbul vaxtı dəyişdirildi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən ay təxirə salınan qəbulu sentyabrın 28-nə keçirilib.

 
Kanal24-ün məlumatına görə, qəbul sentyabrın 28-də saat 11:00-da Cocuq Mərcanlı kəndində yerləşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı xüsusi təyinatlı Yol İstismarı İdarəsinin inzibati binasında keçiriləcək.
 
Qəbul zamanı bölgədə yerləşən - Cocuq Mərcanlı kəndi (Cəbrayıl), Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

18:33 26.09.2018
Xəbər lenti
Bütün xəbərlər