KANAL24.AZ
Az Iw En Ru

Neft Fondu jurnalistlər üçün seminar keçirdi

19-20 noyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) KİV nümayəndələri üçün “Azərbaycan Respublikası Dövlət Neft Fondu: Vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar” adlı seminar keçirilib. 

 30-dan çox jurnalistin iştirak etdiyi seminarın keçirilməsində əsas məqsəd ARDNF-nin büdcəsi və investisiya fəaliyyəti haqqında KİV nümayəndələrini daha geniş informasiya ilə təmin etmək, onları investisiya portfelinin diversifikasiyası və investisiya strategiyasının tətbiqi sahəsində ətraflı məlumatlandırmaq olub.

Əvvəlcə fondun inzibati binası ilə tanış olan jurnalistlər 2 gün ərzində müxtəlif istiqamətli təqdimatlarda iştirak edib və investisiya departamentinin fəaliyyəti ilə yerində tanış olub. 
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Neft Fondu jurnalistlər üçün seminar keçirdi
Neft Fondu jurnalistlər üçün seminar keçirdi
Neft Fondu jurnalistlər üçün seminar keçirdi

 


22:32 20.11.2015
Xəbər lenti
Bütün xəbərlər