İlin sonuncu Günəş tutulması avqustun 11-də baş verəcək.
Kanal24 N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.