KANAL24.AZ
Az Iw En Ru

Elmar Vəliyev vətəndaşlarla görüşdü

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin növbəti qəbulunda sakinlərin enerji sahəsində təminatı ön plana çəkilib.

Kanal24-ə daxil olan məlumata görə, Gəncədə yüksək infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində bu sahədə əsaslı irəliləyişlərin olması bir daha öz təsdiqini tapıb. Müraciət edən 62 nəfər sakinin çox az qismi işıq və qazla bağlı şikayətlərini bildiriblər və icra başçısı həmin məsələnin həlli üçün yerindəcə tapşırıqlar verib.

Qəbulda iş yerləri ilə təminat, maddi yardım, müalicə xərclərinin qarşılanması, mülki məsələlərdə sənədləşmə işlərinin aparılması yönündə də müraciətlər səslənib.

İcra başçısının daha bir qəbul günü vətəndaşların müraciətlərinin operativ surətdə həllini tapması ilə razılığa səbəb olub.

Elmar Vəliyev vətəndaşlarla görüşdü -  Foto

 


18:19 20.11.2015
Xəbər lenti
Bütün xəbərlər