KANAL24.AZ
Az Iw En Ru

Uşağınızın ayaqqabısı zəhərli ola bilər: Valideynlərə qızıldan qiymətli xəbərdarlıq...

İtaliyada zərərli tullantılardan qeyri-qanuni şəkildə istifadə edərək ayaqqabı hazırlayan dəstə həbs edilib. 
Bu tullantılardan əldə edilən xammalın uşaq ayaqqabı istehsalında da istifadə edildiyi və sağlamlığa ziyanlı ola biləcəyi iddia edilir. Aralarında divar kağızının istehsalında istifadə edilməsi nəzərdə tutulan zərərli maddələrin yer aldığı tullantıların qanunsuz və nəzarətsiz bir şəkildə satıldığı bildirilib.
 
Tullantılardan əldə edilən bu xammallardan plastik uşaq ayaqqabı və rezin çəkmə kimi çox sayda məhsulun istehsalında istifadə olunduğu qeyd olunub.
 
Qeyd edək ki, zəhərli maddələrdən hazırlanan uşaq ayaqqabılarının bazar qiymətinin üçdə birinə satıldığı məlum olub.

02:06 31.07.2018
Xəbər lenti
Bütün xəbərlər