KANAL24.AZ
Az Iw En Ru

Sinoptiklər küləkli hava vəd edirSinoptiklər küləkli hava vəd edirSinoptiklər küləkli hava vəd edir

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  23-26°, gündüz  32-37° isti, Bakıda  gecə  24-26°, gündüz  35-37° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 755  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 50-60 %, gündüz  35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  28-29° i olacaq. 

Azərbaycanın rayonlarına gəlincə, iyulun 30-da hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°,  gündüz  34-39° isti, dağlarda gecə 14-19°, gündüz  23-28° isti təşkil edəcək.


20:30 29.07.2018
Xəbər lenti
Bütün xəbərlər