KANAL24.AZ
Az Iw En Ru

Velosiped sürənlər maaş alacaq

İtaliyada şəhərlərdən birinin rəhbərliyi  havanın təmizliyini qorumaq üçün maraqlı layihəyə start verib. Parisdə olduğu kimi heç də avtomobillərin istifadəsi məhdudlaşdırılmayacaq.   Əksinə, öz xoşu ilə maşından imtina edənlərə pul mükafatı veriləcək.  Bunun üçün sakinlərə işə velosipedlə gedib-gəlmək məsləhət olunur.

Şəhərin havasını təmiz saxlamaq üçün qəribə layihəyə start verdilər. İtaliyanın Massarosa şəhərində bələdiyyə idarəsi  bunun üçün vətəndaşları avtomobillərdən uzaqlaşdırmağa qərar verib. Yeni layihə çərçivəsində  avtomobili olduğu halda işə velosipedlə gedib-gələnlərə əlavə maaş ödəniləcək.

Massarosa şəhəri kifayət qədər səfalı təbiəti ilə diqqət çəksə də, burda avtomobillərin sıxlığı ekoloji problem aktuallaşdırıb.  Vəziyyətdən çıxış  yolu axtaran bələdiyyə idarəsi, avtomobil əvəzinə velosipeddən istifadə edənlərə pul mükafatı veriləcəyini bəyan edib.  Hər bir maşın sahibi velosipeddən istifadə edəcəyi təqdirdə, ayda ən azı 50 avro qazana bilər. Bu məbləğin yüzlərlə avroya yüksəlməsi  sürücülərin özündən asılı olacaq.

Maşınların havaya buraxdığı tüstünün insan səhhətinə ziyan vurduğunu deyən şəhər suarsının  sədri Stefano Natali  yeni layihə ilə küçələrdəki avtomobil sıxlığının azalacağına da diqqət çəkib. İtaliyada ilk dəfə gerçəkləşdirilən velo-layihənin uğur qazanacağına ümid  çoxdur.

Ötən il Fransada oxşar layihə təsdiqlənsə də, qısa müddətdə fiaskoya uğramışdı. Buna səbəb,  fransızların daha çox pul qazanmaq üçün qanundan sui-istifadə etməsi oldu.  İtaliyada isə belə bir sui-istifadə problem yaratmayacaq. Çünki, velosiped sürənlərin qazanacağı əlavə pul,  sürməyənlərin avtomobillərinin cərimələnməsi zamanı ödədikləri məbləğ hesabına maliyyələşdiriləcək.

 

 

 
 
 

22:22 18.11.2015
Xəbər lenti
Bütün xəbərlər