KANAL24.AZ
Az Iw En Ru

Ərdoğan Bakı səfərindən sonra... - Pekin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan sonra da Qərblə Şərq arasında balanslı siyasəti qoruyacaq.

Kanal24 xəbər verir ki, bu sözləri türkiyəli general İsmayıl Hakkı Pekin deyib.

O bildirib ki, Qərbin R.T. Ərdoğanın andiçmə mərasiminə ciddi maraq göstərməməsi tərəflər arasındakı problemlərdən qaynaqlanır:

“Mərasimdə Qərb dövlətlərindən demək olar ki, heç kim yox idi. Bu, problemlərdən qaynaqlanır. Ərdoğanın heç bir zaman “Qərbə qarşı hərəkətə keçək” kimi siyasəti olmayıb. Mən inanıram ki, gələcəkdə də Türkiyə Qərblə əlaqələri davam etdirəcək. Dövlət başçısı Azərbaycan və Şimali Kiprə səfərlərindən sonra NATO-nun Brüsseldəki sammitinə qatılacaq. Türkiyənin siyasətində Qərbdən Avrasiyaya keçidi deyil, balanslı siyasətin davamını görürəm”.

Qeyd edək ki, dünən Ərdoğanın Bakıya səfəri baş tutub.


15:56 11.07.2018
Xəbər lenti
Bütün xəbərlər