KANAL24.AZ
Az Iw En Ru

Ərdoğandan Əliyevə təşəkkür: FETÖ-ya qarşı mübarizədə...

FETÖ-ya qarşı mübarizəyə görə Azərbaycan prezidentinə təşəkkür edirəm.

Kanal24 xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, iki ölkənin təhsil nazirlikləri bu sahədə problemləri həll etmək üçün birgə çalışacaq.

“Naxçıvanla Türkiyə arasında quru yolları ilə bağlı çətinliklər aradan qalxıb. Biz indi bir dəmir yolu çəkməklə nəqliyyat əlaqələrini inkişaf etdirərək bu sahədə daha bir önəmli addım olacaq. Naxçıvan sakinləri sərhəddəki Türkiyə xəstəxanalarının imkanlarından istifadə edə bilər. Bu məsələdə dəstək verəcəyimizi bildirdim.

Türkiyə prezidenti nəzərə çatdırıb ki, NATO sammitində iki ölkənin müştərək problemlərini gündəmə gətirəcək:

“Qardaşım İlham Əliyevin şəxsində Azərbaycan xalqına hörmətimi, ehtiramımı çatdırıram”.


03:15 11.07.2018
Xəbər lenti
Bütün xəbərlər