KANAL24.AZ
Az Iw En Ru

Prezident tələbi: ciddi nöqsanlar hansı rayondadır? - Açıqlama

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin 6 ayının yekunlarına həsr olunan iclasında toxunduğu məsələlərdən biri də şəhər nəqliyyatı idi. Prezident qeyd etdi ki, bəzən rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar.

Prezident çıxışında bu sahədə nöqsanların dərhal aradan qaldırılması üçün dövlət qurumlarına tapşırıqlarını da verdi.

Bu sahədə daha çox adı hallanan rayonlardan biri də Xətai rayonudur. Xətai Rayonun İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, artıq bir müddətdir rayon ərazisində monitorinqlər keçirilir.

“Bakı Nəqliyyat Agentliyi ilə birgə Xətai rayonunda monitorinq aparmışıq. Aparılan monitorinqlər zamanı zəbt edilən piyada səkilərini təmizlətdiririk. Bununla bağlı sahibkarlara da tapşırıq veririk. Babək prospektində, Telnov küçəsində və bir çox yerdə bununla bağlı bəzi tədbirləri artıq görmüşük. Hazırda mərhələli şəkildə işlər davam etdirilir”.


02:00 11.07.2018
Xəbər lenti
Bütün xəbərlər