Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhənin ön xəttində inşa edilmiş infrastrukturun açılışında iştirak ediblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, yeni qərargah binası, əsgər yataqxanası və yeməkxanada yaradılan şəraitlə tanış olan Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
01:45 06.07.2018