KANAL24.AZ
Az Iw En Ru

Vətəndaşlar daha məmur qapısında gözləməyəcək - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Vətəndaşların müraciətləri haqqında” yeni imzaladığı fərmanla bağlı millət vəkili Fazil Mustafa ATV.az saytına açıqlama verib.

O bildirib ki, bu fərmanla vətəndaşların müraciətini xeyli asanlaşdırmaq nəzərdə tutulur. “Müraciətlərin hansı müddətdə baxılması da  konkret olaraq müəyyənləşib. Vətəndaşlarda qanunvericilikdə bu müsbət addımdan yararlanaraq müəyyən dərəcədə öz hüquqlarının qorunması istiqamətində aktiv olmalıdırlar. Prezidentin bu fərmanı həm də müəyyən dərəcədə asan xidmət modelində inanlara qarşı çox müsbət, onların bürokratik süründürməçilikdən qurtaran  addımlardır. Bir çox səlahiyyətlərin ora verilməsi, müraciətlərə baxılma qaydasının da bu dərəcədə dəqiqləşdirilməsi bütün hallarda vətəndaşın marağına cavab verir. Daha aktiv şəkildə vətəndaşlar qanunun müdəalarına doğru əməl edərək çalışmalıdılar ki, öz hüquqlarını tələb edə bilsinlər və  vaxtında müraciətlərinə cavab ala bilsinlər”.


01:19 14.11.2015