KANAL24.AZ
Az Iw En Ru

Jirinovski Telman İsmayılovu qınadı - “Pulları türklərə verdi…”

LDPR lideri Vladimir Jirinovski təşəbbüslə çıxış edib. O, pul vəsaitlərinin xaricə çıxarılmasına ciddi məhdudiyyət qoyulmasını təklif edib. Partiya lideri bunun Rusiya iqtisadiyyatına zərər gətirdiyini düşünür.

Kanal24 oxu.az-a istinadən xəbər verir ki, təşəbbüs barədə Partiyanın mətbuat xidmətinin məlumatında bildirilib.

Jirinovski misal olaraq, “Çerkizov” bazarının sabiq sahibi Telman İsmayılovu və onun Türkiyədə lüks oteli - “Mardan Palace” otelinin satılmasını göstərib.

“Bu yaxınlarda xəbər yayıldı ki, Türkiyədə ölkənin ən bahalı hoteli olan, “Çerkizov”un keçmiş sahibi, müflis olan Telman İsmayılovun tikdirdiyi “Mardan Palace” hoteli az qala havayı satılıb. Yəni o, Moskvada qazandığı pulları Rusiyadan çıxardı, müflis oldu və özünün əsas aktivini türklərə az qala müftə verməli oldu. Faktiki olaraq biz bütün bu yüz milyonlarla dolları qonşu ölkəyə verdik” - Jirinovski bildirib.

Belə halların qarşısını almaq üçün LDPR lideri təklif edib ki, vəsaitlərin xaricə çıxarılmasına ciddi məhdudiyyət qoyulsun, ancaq konkret müqavilələrdə göstərilmiş məbləğlərin xərclənməsinə icazə verilsin.

Daha öncə Moskva Bankı “Çerkizov” bazarının sabiq sahibinin müflis olması haqqında məlumat yaymışdı.


01:22 12.11.2015