KANAL24.AZ
Az Iw En Ru

Bağçada uşaqların döyülməsi faktı ilə bağlı CİNAYƏT İŞİ açıldı, tərbiyəçi saxlanıldı - VİDEO

“Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin uşağa qarşı zorakılığı ilə bağlı yayılan video görüntülər əsasında cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadə  açıqlamasında bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsi araşdırma aparılıb.

 

 

 

“Araşdırmanın nəticəsi olaraq da Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) cinayət işi başlanılıb. Artıq tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb və istintaqa cəlb edilib. Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir”.

Qeyd edək ki, iyunun 11-də “Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı videokadrlar yayılıb.

 

 

 

 

 


18:40 13.06.2018
Xəbər lenti
Bütün xəbərlər