KANAL24.AZ
Az Iw En Ru

Avropa fermerləri etiraz edir

Fransada fermerlər “Total” şirkətinə aid neft-emalı zavodu və yanacaq anbarlarının blokadasını həyata keçirir. Kəndlilər həmin obyektlərə aparan yolları bağlayıb.

Buna səbəb adı çəkilən korporasiyanın palma yağının Cənub-Şərqi Asiya ölkələrindən idxal edilməsi ilə bağlı hökumətdən icazə almasıdır.

Bu yağ bioetanol və ya bio-yanacağın istehsalında əsas xammal sayılır.

Fermerlər yüksək vergi ödədiyinə və qanunvericiliyə əməl etdiklərinə görə, onun ölkədə istehsalı çox baha başa gəlir.  Habelə xammal ölkə xaricindən gətiriləcəyi təqdirdə bu yerli fermerlərin biznesinə ağır zərbə vurmuş olacaq.

Etirazlara təkcə fermerlər deyil, ətraf mühit fəalları da qoşulub. Onların fikrinə görə, palma yağının kütləvi istehsalı meşələrin qırılmasına səbəb olacaq.

Qeyd edək ki, Fransa hökuməti ilə 300 min tona qədər palma yağının ölkəyə idxalına icazə verib.

 


16:24 12.06.2018
Xəbər lenti
Bütün xəbərlər