KANAL24.AZ
Az Iw En Ru

Uşağı döyən müəllim qovuldu, bağça bağlandı - FOTO/VİDEO

Bakıda fəaliyyət göstərən “Kids Studio” bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb.

Bağçadan verilən məlumata görə, uşaqları döyən müəllim də işdən azad edilib.

“Həmin görüntülərdə müəllimə uşağı döymür, sadəcə, silkələyir, divara tərəf atır. Bağçanın fəaliyyəti bu gündən etibarən dayandırılıb”, - bağçadan bildirilib.

Videoda uşaqları döyən qadınlardan birinin adı bəlli olub. Bu, Firuzə Tağıyeva adlı tərbiyəçidir.

 

 

 

 

 

Qeyd edək ki, bu gün Azxəbər.com saytı “Kids Studio” bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb.

 

 

 

 


00:17 12.06.2018
Xəbər lenti
Bütün xəbərlər