KANAL24.AZ
Az Iw En Ru

Bakı küçələrində GTA: Polislər sürücü ilə bacarmadılar - VİDEO

Ötən gün paytaxtın Yasamal rayonu ərazisində “Chevrolet Camaro” markalı 10 AZ 919 dövlət nişanlı avtomobilin sürücüsü yol-hərəkət qaydalarını kobudcasına pozaraq digər yol-hərəkət iştirakçıları həyatını riskə atıb.

Hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Kadrlardan da aydın görünür ki, yol polisi və post-patrul xidmətinin əməkdaşları avtomobili saxlamaq üçün Tbilisi prospektində süni sıxlıq yaradıblar.

Lakin sürücü polisin əmrinə tabe olmayıb və hadisə yerində qaçmağa müvəffəq olub.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin nəqliyyat vasitəsi Abşeron rayonu ərazisində saxlanılıb.

Avtomobil cərimə meydançasına yerləşdirilib.

Avtomobilin sürüsü 1984-cü il təvəllüdlü İmişli rayonu V.Həsənov küçəsi ev 152 ünvanında qeydiyyatda olan Hümbətov Elçin Məcnun oğlu məsuliyyətə cəlb edilib.

Hadisə törətdiyini etiraf edən E.Hümbətov izahatında qeyd edib ki, yol polisinin əmrindən sonra nədənsə avtomobili saxlamayıb və sonradan saxlayacağı təqdirdə ağır cəza ilə üzləşəcəyindən qorxub:

“İkinci işarədən sonra fikirləşdim ki, saxlasam daha ağır cəza olacaq. Düşündüm ki, qaçsam daha yaxşı olar. Onların süni sıxlıq yaratmasına baxmayaraq yalnız polisin əlinə düşməməyi fikirləşirdim, nəyin bahasına olursa buna nail olmalı idim”.

E.Hümbətov törətdiyi əməldən peşman olduğunu bildirib:

“Mən bunu etdim, ancaq çox təəssüf edirəm, gərək etməzdim”.

 


06:32 10.06.2018
Xəbər lenti
Bütün xəbərlər