KANAL24.AZ
Az Iw En Ru

Feysbuk rekord qırdı

Dövriyyəsi milyardlarla ölçülən facebook sosial şəbəkəsi daha bir uğura imza atdı. Aparılan araşdırmalar nəticəsində sosial şəbəkədən istifadə edənlərin sayının artdığı məlum olub. Hazırda dünyada 1,55 milyard facebook istifadəçisi var.

Bir müddət əvvəl “Facebook” haqqında heç də xoşagəlməyən xəbərlər yayılmışdı. Yayılan məlumatlarda facebook istifadəçilərinin izləndiyi və sosial şəbəkədə yerləşdirilən məlumatların nəzarət altında olduğu deyilirdi. Hətta paylaşmadığımız, yazıb-sonradan silmək qərarına gəldiyimiz məlumatların belə bu internet resursunun bazasında öz əksini tapdığı iddia olunurdu. Lakin yayılan bu xəbərlərə baxmayaraq, istifadəçilər sosial şəbəkədən imtina etmək fikrində deyillər.

Xatırladaq ki, 11 il əvvəl Mark Zuckerberg-in universitetdə sadəcə qrup yoldaşları ilə ünsiyyət qurmaq üçün təsis etdiyi facebook sosial şəbəkəsi illər sonra ona millyardlarla dollar sərvət qazandırdı.

 

 
 

00:03 07.11.2015
Xəbər lenti
Bütün xəbərlər